Bakıxanov mənzili üçün layihə Bakıxanovda yerləşən bu mənzil layihəsi şəhər həyatının dinamikasına uyğun rahat və funksional məkan yaratmaq məqsədi ilə hazırlanmışdır. Dizaynda müasir minimalizm üslubuna üstünlük verilmiş, açıq sahələr, sadə xətlər və neytral rəng palitrası istifadə olunmuşdur. Məkanın hər detalı həm estetik, həm də funksionallığı təmin etmək üçün diqqətlə planlaşdırılıb. Bu mənzil aktiv həyat tərzi sürənlər üçün rahat və zövqlü yaşayış imkanı yaradır.